“Qalatasaray” Subaşiçin komandasını darmadağın etdi
Türkiyə kubokunda 1/4 final mərhləsinin ilk oyunlarına start verilib.
ANS PRESS-in məlumatına görə, ilk oyun günündə sadəcə bir görüş baş tutub.
Superliqanın lideri “Qalatasaray” doğma meydanda I divizion təmsilçisi, millimizin sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi “Manisaspor”la qarşılaşıb. Oyun “aslanlar”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, digər iki oyun bu gün, bir qarşılaşma isə sabah baş tutacaq. Bu komandalar arasındakı cavab oyunu isə aprel ayının 8-də keçiriləcək.
3 mart
Türkiyə kuboku, 1/4 finalın ilk oyunları:
"Qalatasaray” – “Manisaspor” – 4:0
Qollar:Cemaili, 34, Çolak, 40-pen. Pandev, 68, 88.
Mənbə:> ANSPRESS