Millimizin üzvü klubundan qovuldu
“Sumqayıt” Pərdis Fərcad-Azadla bağlı sərt qərar verib.
ANS PRESS-in məlumatına görə, hücumçu gənclik şəhəri təmsilçisinin heyətindən qovulub.
Buna səbəb onun Topaz Premyer Liqasının XXVII turu çərçivəsində “Xəzər Lənkəran”la matçda formasını yerə atması və baş məşqçiyə etiraz etməsi olub. Pərdis bundan sonra əvəzedici heyətlə məşq edəcək.
"Sumqayıt" rəbhərliyi hücumçunu əsas heyətdən kənarlaşdırmaqla yanaşı cərimə də edib.
Qeyd edək ki, Pərdis Fərcad-Azad 2013/2014 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 24 qarşılaşmada 1874 dəqiqə meydanda olub və 6 qola imza atıb.
Mənbə:> ANSPRESS