2015 qolsuz başladı: "İnter" istədiyinə çata bilmədi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

2015 qolsuz başladı: "İnter" istədiyinə çata bilmədi

2015 qolsuz başladı: "İnter" istədiyinə çata bilmədi


Bu gün Topaz Premyer Liqasında qış fasiləsi başa çatıb və III dövrəyə start verilib.

ANS PRESS-in məlumatına görə, turun 4 oyunu 3 gündə keçiriləcək.

İlk oyun günündə bir matç baş tutub. Günün yeganə qarşılaşması "İnter"lə "Sumqayıt" arasında keçirilib. "İnter Arena"dakı görüşdə qol vurulmayıb - 0:0.

"İnter" qış fasiləsinə 29 хalla 2-ci, "Sumqayıt" 15 хalla 8-ci pillədə yollanıb. Komandalar arasında ilk dövrədə baş tutan oyunda "bankirlər" 5:1 hesablı qələbə qazanıb, II dövrənin oyununda isə qalib müəyyənləşməyib - 0:0.

Qeyd edək ki, turun qalan 3 oyunu şənbə və bazar günləri keçiriləcək. "Bakı" "Qəbələ"ni, AZAL "Neftçi"ni, "Simurq" "Xəzər Lənkəran"ı qəbul edəcək.

Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XIX tur

30 yanvar
İnter - Sumqayıt 0:0
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 12. Junior Nildo, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze, 80. Nizami Hacıyev, 82. Ruben Şaken, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavko Georgievski, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 19. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 90. Abbas Hüseynov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sumqayıt: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 17. Pərdis Fərcad-Azad, 45. Murad Ağayev.
Baş məşqçi: Aqil Məmmədov.
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev.
"İnter Arena". Saat 16.00.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *