Hacı Əliyev: Gücü qalmamışdısa, döşəyə çıxmazdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Hacı Əliyev: Gücü qalmamışdısa, döşəyə çıxmazdı

Hacı Əliyev: Gücü qalmamışdısa, döşəyə çıxmazdı


Yaxınlarda sərbəst güləş üzrə rusiyalı idmançı Hacımurad Rəşidov ölkəsinin mətbuatına verdiyi müsahibə ilə diqqətləri öz üzərinə çəkmişdi.

Oxu.Az xəbər verir ki, Dağıstandan olan idmançı müsahibəsində karyerasında güləşdiyi ən çətin rəqiblərin adlarını açıqlasa da, bu ilin avqustunda Fransanın paytaxtı Parisdə keçirilmiş dünya çempionatının finalında uduzduğu Hacı Əliyevin adını çəkməyib.

Halbuki 3 qat dünya çempionu olmuş Hacı Əliyev onu çox asanlıqla məğlub edib. 61 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 7:1 öndə olduğu görüşdə tuşe fəndi (rəqibin kürəyini döşəyə sıxma) ilə qalib gəlib.

Məsələyə bu il “2017-ci ilin idmançısı” seçilmiş Hacının özündən münasibət öyrənməyə çalışdıq. O, Hacımurad Rəşidovun cavabını belə verdi:

“Həmin müsahibədən xəbərim var, oxumuşam. O deyir ki, finalda güləşməyə gücüm qalmamışdı deyə, mənə uduzub. Gücü qalmamışdısa, döşəyə çıxmazdı. Ümumiyyətlə, o, mənim finallarda qarşılaşdığım ən zəif rəqiblərdən biri idi. Heç inanmıram ki, növbəti dünya çempionatında o, finala çıxsın”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *