Hacı Əliyev erməni rəqibinə aman vermədi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş, Video

Hacı Əliyev erməni rəqibinə aman vermədi – VİDEO

Hacı Əliyev erməni rəqibinə aman vermədi


Bu gün Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan yığması daha bir medal qazanıb.

Oxu.Az xəbər verir ki, təsnifat mərhələsində litvalı Sarunas Yursisə (11:0), dörddən bir finalda isə Bolqarıstan təmsilçisi Vladimir Vladimirova (11:0) qalib gələn güləşçimiz Hacı Əliyev (61 kq çəki kateqoriyası), yarımfinalda gürcü Vladimer Kinçeqaşviliyə məğlub olub (4:2).

Bürünc medal uğrunda təsəlliverici görüşdə isə Hacı Ermənistan idmançısı Valodya Franqulyanla qarşılaşıb.

Rəqibinə aman verməyən Əliyev rəqibinə təmiz qələbə qazanıb – 7:0.

Qeyd edək ki, Hacı erməni rəqibi ilə 2015-ci ilin Avropa Oyunlarında da qarşı-qarşıya gəlmiş və elə həmin görüşdə də Franqulyanın arxasını yerə vurmuşdu. Maraqlısı odur ki, elə o zaman da Əliyev rəqibinə 7:0 hesabı ilə qalib gəlmişdi.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *