Voleybol üzrə Avropa çempionatında son yarımfinalçı müəyyənləşib
Voleybolçu qadınlar arasında Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
Oxu.Az-ın məlumatına görə, günün son qarşılaşmasında Türkiyə millisi Rusiyaya 3:0 (27:25, 25:18, 25:20) hesabı ilə qalib gəlib.
Türklər final yolunda Serbiya yığması ilə üz-üzə gələcəklər.
Bu gün Almaniya üzərində qələbə qazanan Azərbaycan voleybolçuları isə yarımfinalda Niderland millisi ilə mübarizə aparacaqlar.
Mənbə:> Oxu.Az