Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Futbol

Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırdı

Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırdı


Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Bakıda keçirilən Avropa çempionatında 1/4 final mərhələsindən ən çox xalla kənarda qalıb.

AzNews.info Report-a istinadən xəbər verir ki, Təbriz Həsənovun baş məşqçi olduğu yığma A qrupunda 3 oyundan 4 xal toplayıb.

Təşkilatçı ölkə yığması bu göstəricidə hətta qrupda qalan İtaliya və Fransanı da qabaqlayıb. Yekun sıralamada Azərbaycan millisi Danimarka ilə birgə 9-10-cu yerləri bölüşdürüb.
Mübarizəni dayandıran komandaların xal durumu:

9-10. Danimarka, AZƏRBAYCAN - hərəyə 4 xal
11-12. İtaliya, Bosniya və Herseqovina - hərəyə 3
13 - 15. Fransa, Ukrayna, Serbiya - hərəyə 1
16. Şotlandiya - 0.

Növbəti mərhələyə yüksələn komandalardan ən az - 5 xal toplayanı isə Azərbaycanla eyni qrupda yer almış Belçika olub.

Qeyd edək ki, 1/4 final mərhələsi çərçivəsində mayın 14-də Portuqaliya - Avstriya və Almaniya - Belçika, mayın 15-də isə İsveç - Hollandiya və İspaniya - İngiltərə qarşılaşmaları keçiriləcək. Yarımfinal oyunları mayın 18-də, final matçı isə mayın 21-də olacaq.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *