Voleybolçularımız Avroliqanın ilk final oyununda qələbə qazandı
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasının final mərhələsinin ilk oyununa çıxıb.
AzNews.info “Report” xəbər verir ki, Nitra şəhərindəki İdman Sarayında keçirilmiş görüş millimizin Slovakiya üzərində qələbəsi ilə yekunlaşıb - 3:1.
Bununla da komandamız iyulun 3-də keçiriləcək cavab görüşü öncəsi böyük üstünlük əldə edib.
Yarımfinalda Faiq Qarayevin rəhbərlik etdiyi komanda Yunanıstanı məğlub edib - 3:1, 3:1. Slovakiya isə yarımfinalda Sloveniyadan üstün olub - 3:2, 3:1.
Cavab oyunu iyulun 3-də Bakıda keçiriləcək.
Avropa Liqası, final, ilk oyun
20:00. Slovakiya - Azərbaycan - 1:3 (19:25, 25:18, 22:25, 20:25)
Nitra, İdman Sarayı
Hakimlər: Mirko Yankoviç (Serbiya), Eva Tibor (Macarıstan).
Mənbə:> Report