“DÇ-2018”-in talismanı bəlli olub
Rusiyada keçiriləcək “DÇ-2018”-in talismanı bəlli olub.
Oxu.Az-ın məlumatına görə, FİFA-nın rəsmi saytında keçirilən onlayn səsvermənin nəticəsinə əsasən, üç namizəddən biri – canavar turnirin maskotu seçilib.
Sentyabrın 23-də başlamış səsvermədə 3 namizəd vardır. Bunlar pişik, pələng və canavar idi.
Artıq seçilmiş talismana ad da veriblər. Canavar bundan sonra Zabivaka adlanacaq.
Mənbə:> Oxu.az