“Ağ canavar”ın növbəti uğuru – FOTO
6-8 may tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində kikboksun WKI versiyası üzrə növbəti Avropa çempionatı keçirilib.
Oxu.Az xəbər verir ki, yarışlarda 18 ölkədən 460 idmançı gücünü sınayıb. Azərbaycan turnirdə 8 idmançı ilə təmsil olunub.
60 kq çəki dərəcəsində mübarizə aparan “Ağ canavar” ləqəbli Eduard Məmmədov 7-ci dəfə Avropa çempionu adını qazanıb. Daha bir həmyerlimiz Sərhəd qoşunlarının kapitanı Fuad Zeynalov (91 kq) isə turnirin gümüş mükafatçısı olub.
Avropa arenalarında uğura imza atan idmançılarımız bu işdə böyük əməyi olan Azərbaycan Kikboks Federasiaysının prezidenti, millət vəkili Adil Əliyev və komandaya rəhbərlik edən Müşviq Hüseynliyə təşəkkürlərini bildiriblər.
Mənbə:> Oxu.Az