Azərbaycanlı kikboksçu rəqibini 8 saniyəyə nokauta göndərdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Boks, Foto

Azərbaycanlı kikboksçu rəqibini 8 saniyəyə nokauta göndərdi – FOTO

Azərbaycanlı kikboksçu rəqibini 8 saniyəyə nokauta göndərdi


Azərbaycanlı kikboksçu Bəxtiyar İsgəndərzadə Almaniyada keçirilmiş beynəlxalq turnirdə Avropa kəməri qazanıb.

Oxu.Az xəbər verir ki, həmyerlimiz rəqibini 8 saniyəyə nokaut edib.

Azərbaycanlı idmançı, kikboksinq üzrə ikiqat dünya çempionu Bəxtiyar İsgəndərzadə Almaniyanın paytaxtı Berlində keçirilmiş “Battle of Berlin-6” kikboksinq üzrə turnirdə qalib gəlib.

Döyüşdən əvvəl ölkəmizin himni səsləndirilib.

63,5 çəki dərəcəsində mübarizə aparan idmançımız 8 saniyəyə rəqibi Bosniya və Hesoqovinalı Jasmin Dervisegiçi nokaut edib.

Turnirdə inamlı qələbə qazanan idmançımız kikboksinq İSKA versiyası üzrə Avropa kəmərinə sahib çıxıb.

Qeyd edək ki, kikboksinq üzrə ikiqat Dünya çempionu, üç dəfə respublika çempionu, WAKO Avropa Çempionatının gümüş mükafatçısı Bəxtiyar İsgəndərzadə Almaniyada yaşayır, lakin beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir.

Azərbaycanlı kikboksçu rəqibini 8 saniyəyə nokauta göndərdi
Azərbaycanlı kikboksçu rəqibini 8 saniyəyə nokauta göndərdi
Azərbaycanlı kikboksçu rəqibini 8 saniyəyə nokauta göndərdi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *