Azərbaycanlı “professor” Dünya çempionu kəmərinə sahib oldu – FOTO
Oktyabrın 10-da Rusiyanın Belqorod şəhərində Muay-tay üzrə beynəlxalq turnir keçirilib - GBC çempinatı.
Oxu.Az-ın məlumatında görə, Rusiyanı təmsil edən əslən azərbaycanlı idmançı Alim Nəbiyev Dünya çempionu adı uğrunda fransız Patrik Madislə üz-üzə gəlib.
Həmyerlimiz rinqə həmişə olduğu kimi üç bayraqla çıxıb: Azərbaycan, Ukrayna və Rusiya. Xatırladaq ki, əslən azərbaycanlı olan Alim Nəbiyev Gürcüstanda anadan olub və uzun müddət Ukraynada yaşayıb. 2014-cü ildə isə Alim Moskvaya köçüb və yarışlarda Rusiya Federasiyasını təmsil edir.
Bütün döyüş boyu rəqibindən üstün olan və hətta bir dəfə fransızı nokdauna göndərən “professor” ləqəbli həmyerlimiz Dünya çempionu kəmərinin sahibi olub.
Qeyd edək ki, döyüş günü Alim Nəbiyevin həmçinin ad günü idi (21 yaş) və həmyerlimiz qələbəsi ilə özünə gözəl hədiyyə edib.
Sonda “professor” azərkeşlərə, yaxınlara və ona dəstək olan hər kəsə minnətdarlığını bildirib.
Mənbə:> Oxu.Az