Azərbaycanın imtina etdiyi idmançı dünya çempionu oldu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Azərbaycanın imtina etdiyi idmançı dünya çempionu oldu

Azərbaycanın imtina etdiyi idmançı dünya çempionu oldu


Efiopiyalı qaçış üzrə idmançı Mare Dibaba Pekində keçirilən Dünya çempionatında yüngül atletika üzrə marafon qaçışında dünya çempionu olub.

Oxu.Az xəbər verir ki, Dibaba Dünya çempionatının qadın marafonunda ilk efiopiyalı qalib olub.

Qeyd edək ki, Dibaba 2009-cu ildə Mare və Mariya İbrahimova adı altında Azərbaycan yığmasının tərkibində çıxış edib. O, Avropada komanda çempionatında da çıxış edərək, Azərbaycan yığması üçün 3000 və 5000 metrlik məsafələrdə qələbə qazanıb.

Dibaba Dehlidə yarışda 1:08:45 nəticəni göstərərək yarım marafonda Azərbaycan üçün rekord vurub. Amma 2010-cu ilin əvvəlində efiopiyalı idmançı geriyə - vətəninə göndərilib, belə ki, onun yaşının saxtalaşdırıldığı aşkar edilib.

Efiopiya bayrağı altında Mare 2014-cü ildə Çikaqo marafonunun, 2015-ci ildə Pekin marafonunun qalibi olub, indi isə Çinin paytaxtında dünya çempionu oldu.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *