Vüqar Həşimovun doğum günüdür » AzNews.info -Xəbər portalı

Bölmə: Tarix, İdman, Şahmat

Vüqar Həşimovun doğum günüdür

Vüqar Həşimovun doğum günüdür


Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu adına layiq görülmüş Vüqar Həşimovun doğum günüdür.

Oxu.Az xəbər verir ki, Vüqar 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.

O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası uğrunda çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada Azərbaycanın yığmasının tərkibində olub.

2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırmışdı).

Azərbaycan yığması ilə 2011-ci ilin vitse-çempionu və 2010-2011-ci illərdə Reggio Emilia turnirinin qalibi.

Vüqar Həşimov xəstəliyi ilə əlaqədar Almaniyada müalicə kursunu başa çatdırmaq üzrə idi və 2014-cü ildə onun yarışlarda iştirakı gözlənilirdi.

Lakin şahmatçı beyində bədxassəli şişlə əlaqədar 2014-cü il yanvarın 11-də dünyasını dəyişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *