Azərbaycanlı kikboksçu 39-cu dəfə qalib oldu – VİDEO+FOTO
“Kobra-Pərviz” ləqəbi ilə tanınan azərbaycanlı kikboksçu Pərviz Abdullayev 39-cu dəfə qalib olub.
Oxu.Az xəbər verir ki, Çinin Nanjinq şəhərində kikboksinq üzrə reytinq xarakterli peşəkar “Kunlun Fight Series” turnirində Azərbaycanı təmsil edən kikboksçu “Kobra” ləqəbli Pərviz Abdullayev rəqibi yerli idmançı Zhang Zhaoguandan 3 raund ərzində üstün olub.
İkinci raundda kikbosçumuz rəqibi Zhang Zhaoguanı iki dəfə nokdaun edib. Sonuncu 3-cü raundda “Kobra” Pərviz tam üstünlüklə qələbə qazanıb.
Qeyd edək ki, kikboks üzrə beş qat dünya çempionu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev keçirdiyi 42 döyüşündən artıq 39-da qalib gəlib. Həmçinin idmançı mütəmadi olaraq “12 May Cobra” kikboks idman cəmiyyətinin təşkilatçılığı ilə keçirilən məşqlərdə də iştirak edib.
Mənbə:> Oxu.Az