Qarabağ məğlubiyyətdən son anda xilas oldu – VİDEO
Oxu.Az xəbər verir ki, təmsilçimiz “Qarabağ” Çexiya təmsilçisi “Slovan”ı qəbul edib.
Oyunda ilk sevinən tərəf qonaqlar olub. 10-cu saniyədə “Slovan”ın heyətində Yan Sikora topu İbrahim Şehiçin qoruduğu qapıdan keçirib.
Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın cavabı özünü çox gözlətməyib. 7-ci dəqiqədə Miçel hesaba tarazlıq gətirib.
İkinci hissəyə də Çexiya klubu daha aktiv başlayıb. Nəticədə matçın 69-cu dəqiqəsində ”Qarabağ” qapısında daha bir top görüb. Milan Baroş komandasının ikinci topunu vurub.
Oyunun son dəqiqəsində Rəşad Sadıqov güclü zəbrə vurduğu qolla hesabı bərabərləşdirib. Oyun 2:2 hesabı ilə başa çatıb.
Bununla da “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk oyununda 1 xal qazanıb.
Avropa Liqası
Qrup mərhələsi. I tur
15 sentyabr
“Qarabağ” – “Slovan” (Çexiya) - 2:2
Qollar: Miçel, 7, Rəşad Sadıqov, 90+4 - Yan Sikora, 1, Baroş, 68
Mənbə:> Oxu.Az