"Qarabağ" qalib gəldi – VİDEO
Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Qol.az-ın məlumatına görə, ilk olaraq təmsilçimiz “Qarabağ” meydana çıxıb.
Ağdam klubu Bakıda “Göteborq”u (İsveç) qəbul edib.
Səfərdə keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası bu dəfə 3:0 hesabı ilə qalib gəlib və qrup mərhələsinə yüksəlib. "Qarabağ" üç dəfə Avroliqanın qrup mərhələsinə düşən ilk Azərbaycan klubu olub.
25 avqust
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
20:30. "Qarabağ" (Azərbaycan) - "Göteborq" (İsveç) - 3:0
Qollar: Rəşad Sadıqov, 19 (1:0), Muarem Muarem, 26 (2:0), Dani Kintana, 51 (3:0)
İlk oyun 0:1
Baş hakim: Vladislav Bezborodov
Yan xətt hakimləri: Valeri Dançenko, Maksim Qavrilin
Dördüncü hakim: Kiril Levnikov (hamısı Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
Post by aznews.info.
Mənbə:> Qol.az