“Qarabağ” son dəqiqələrdə qələbəni əldən verdi – VİDEO
Oxu.Az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Bakıda Tofiq Bəhrəmov adına Respublika stadionunda Çexiya çempionu “Viktoriya”nı qəbul edib.
Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 28-ci dəqiqədə Muarem Muarem ağdamlıları hesabda irəli çıxarıb. Lakin Qurban Qurbanovun yetirmələri bu hesabı sona qədər qoruya bilməyiblər.
Qarşılaşmanın sona çatmasına 5 dəqiqə qalmış Mişel Krmençik oyunda tarazlıq yaradıb.
Çexiyada keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatdığından, “play-off” mərhələsinə yüksələn tərəf “Viktoriya” olub.
“Qarabağ” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
Mənbə:> Oxu.Az