“Qarabağ” Çempionlar Liqasında mübarizəni davam etdirir » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

“Qarabağ” Çempionlar Liqasında mübarizəni davam etdirir – VİDEO

“Qarabağ” Çempionlar Liqasında mübarizəni davam etdirir


Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” komandasına qarşı cavab oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, “Yos Nosbaum” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

71-ci dəqiqədə N`Diaye “Düdelanj” komandası hesabda irəli çıxarıb. “Qarabağ” matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Reynaldo ilə oyunda tarazlığı bərpa edib.

Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda Qurban Qurbanovun yetirmələri 2:0 hesablı qələbə qazanmışdılar.

Beləliklə iki oyunun nəticəsinə əsasən, “Qarabağ” klubu Çempionlar Liqasının növbəti mərhələsinə adlayıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası III təsnifat mərhələsində “Viktoriya” (Plzen, Çexiya) ilə üz-üzə gələcək.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *