Dudelanj - Qarabağ qarşılaşması » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

Dudelanj - Qarabağ qarşılaşması – CANLI YAYIM

Dudelanj - Qarabağ qarşılaşması


Bu gün Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsi çərçivəsində növbəti cavab oyunları keçiriləcək. Apasport.az saytının xəbərinə görə, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi "Qarabağ" Lüksemburqda “Düdelanj”ın qonağı olacaq.

İlk görüşdə 2:0 hesablı qələbə qazanan Azərbaycan çempionunun mərhələ adlamaq şansını daha çoxdu.

Meydan sahiblərinin "ağ-qaralar"ı dayandıracağı inandırıcı görünmür. Belə ki, təmsilçimizi heç-heçə və minimal hesablı məğlubiyyət də qane edir. Hətta 1 və daha artıq qol vuracağı halda, 2 top fərqli məğlubiyyət də qonaqların işinə yarayacaq.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” cütünün qalibi III təsnifat mərhələsində “Viktoriya” (Plzen) ilə üz-üzə gələcək.


Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20 iyul

“Düdelanj” – “Qarabağ” - 0:0

Baş hakim: Kevin Klansi
Baş hakimin köməkçiləri: Stüart Stevenson, Sin Karr
Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)
Düdelanj. “Yos Nosbaum” stadionu

"Düdelanj": 1. Jonatan Juber (k), 2. Kleyton Moreyra, 5. Tom Şnell, 9. Daniel da Mota, 19. Rodriqe Dikaba, 21. Dominik Ştolts, 25. Kevin Nakaş, 26. Cerri Prempe, 27. Brayan Meliss, 77. David Türpel, 99. Momar N`Diay.
Ehtiyat oyunçular: 33. Co Frizinq, 7. Sanel İbrahimoviç, 8. Mario Pokar, 10. Yassin Ben-Aciba, 11. Dilan Delinyi, 22. Stelviu, 30. Aleksandr Lorente.
Baş məşqçi: Dino Topmöller.

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.


Mənbə: Apasport
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *