Azərbaycan şahmatçıları Olimpiadada – FOTOREPORTAJ
Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.
AzNews.info-nun “Report”a istinadla məlumatına görə, yarışda Azərbaycanın kişi və qadınlardan ibarət hərəyə 3 komandası mübarizə aparır.
Kişilərdən ibarət komanda üzvlərindən ilk ikisi Zimbabve və Mozambiklə, üçüncüsü Papua Yeni Qvineya ilə üz-üzə gəlib. Qadın milliləri isə Nikaraqua, Yaponiya və Lesotoya rəqib olublar. Azərbaycan komandalarının hamısı startda qalib gəlib.
Azərbaycanın 3 komandası Lesoto ilə qarşılaşmada texniki qələbə qazanıb. 24 şahmatçıdan yalnız 2-si qalib gələ bilməyib. Bunlardan Vasif Durarbəyli partiyasında heç-heçə edib, Ülviyyə Fətəliyeva isə uduzub.
Mənbə:> Report