Erməni şahmatçıları qalib gələ bilmədilər
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 mərhələsinin ilk görüşləri keçirilib.
Oxu.Az xəbər verir ki, paytaxtımıza gələn 4 erməni şahmatçısından üçü mübarizəni davam etdirir. Bu gün onlar qalib gələ bilməyiblər.
Levon Aronyan qara fiqurlar ilə ukraynalı Aleksandr Areşenko ilə heç-heçə oynayıb.
Eyni nəticə digər erməni şahmatmısı Nabriel Sarkisyan (ağ fiqurlar) ilə fransalı Maksim Vaşye-Lyaqrava arasında qeydə alınıb.
Qrant Melkumyan (qara fiqurlar) isə kubalı Lenyer Dominqezə məğlub olub.
Xatırladaq ki, daha bir erməni şahmatçısı Samvel Ter-Saakyan 1/64 mərhələsində mübarizəni dayandırıb.
Mənbə:> Oxu.Az