Üç Azərbaycan şahmatçısı qələbə qazandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Şahmat

Üç Azərbaycan şahmatçısı qələbə qazandı – YENİLƏNİB

Üç Azərbaycan şahmatçısı qələbə qazandı


Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun ilk günündə 3 azərbaycanlı şahmatçı qələbə qazanıb, daha 3-ü isə heç-heçə oynayıb.

Oxu.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov iranlı Puya İdaniyə qalib gəlib, Qədir Hüseynov rusiyalı Maksim Matlakovu, Rauf Məmmədov isə daha bir Rusiya təmsilçisi Yevqeniy Nayeri məğlub edib.

Teymur Rəcəbov amerikalı Samuel Sivian ilə barəbərliyə qalıb, Eltac Səfərli macar Çaba Baloq, Vasif Durarbəyli isə vyetnamlı Le Kuanq ilə heç-heçə oynayıb.

Qeyd edək ki, Vasif Durarbəylidən başqa digər şahmatçılarımız bugün ağ fiqurlar ilə oynayırdılar.

21:01

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov şahmat üzrə Dünya Kuboku yarışlarına qələbə ilə başlayıb.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, ağ fiqurlarla oynayan şahmatçımız start görüşünün 31-ci gedişində iranlı Pouya İdanini məğlubiyyətə uğradıb.

Le Kuanq Lyem (Vyetnam) və Vasif Durarbəyli (Azərbaycan) sülh bağlayıblar. Heç-heçə 29-cu gedişdə qeydə alınıb.

Teymur Rəcəbov – Samuel Sevyan (ABŞ), Rauf Məmmədov – Yevgeni Nayer (Rusiya), Eltac Səfərli –Çaba Baloq (Macarıstan), Qədir Hüseynov – Maksim Matlakov (Rusiya) partiyaları hələ davam edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *