Azərbaycan qrossmeysteri “Vyana Open 2015”ə liderlik edir » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Şahmat

Azərbaycan qrossmeysteri “Vyana Open 2015”ə liderlik edir

Azərbaycan qrossmeysteri “Vyana Open 2015”ə liderlik edir


Avstriyada “Vyana Open 2015” beynəlxalq şahmat festivalı davam edir.

Oxu.Az xəbər verir ki, 50 ölkədən 850 şahmatçının iştirak etdiyi yarışda Azərbaycanı qrossmeysterlər Eltac Səfərli və Nərgiz Umudova təmsil edirlər. Festival A ,B, C və D turnirlərindən ibarət keçirilir.

Festival çərçivəsində Şəhriyar Məmmədyarov və yerli şahmatçı Markus Ragger arasında 6 oyundan ibarət görüş təşkil olunub. Birinci partiyada ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov 26-cı gedişdə rəqibini məğlub edib. İkinci partiya isə heç-heçə nəticələnib. Beləliklə, 2 turdan sonra Ş.Məmmədyarov 1,5-0,5 hesabı ilə öndədir. Qrossmeysterlər arasında matç avqustun 22-dək davam edəcək.

A turnirində mübarizə aparan Eltac Səfərli 4-cü turda İngiltərə təmsilçisi Kosima Keen üzərində qələbə qazanıb. Nərgiz Umudova isə Almaniya şahmatçısı Manfred Herboldla sülh bağlayıb. Dörd turdan sonra Nərgiz Umudova aktivinə 2,5, Eltac Səfərli isə 2 xal yazdırıb.

Turnir isveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *