“Naydorfun memorialı”: Üçüncü turda Azərbaycan derbisi
Polşanın paytaxtı Varşavada şahmat üzrə Miquel Naydorfun xatirə turniri keçirilir.
Oxu.Az xəbər verir ki, turnirə İvan Çeparinov (Bolqarıstan, 2683), İqor Kovalenko (Latviya, 2682), Andrey Volokotin (Ukrayna, 2654) və Zaxar Yefimenko (Ukrayna, 2652) başçılıq edirlər.
Bu il yarışlarda 3 azərbaycanlı qrossmeyster iştirak edir.
İlk iki oyundan sonra püşkatma nəticəsində liderlər qrupunda qərarlaşan iki azərbaycanlı Ülvi Bacarani (2515) və Vasif Durarbəyli (2630) bir-birinə qarşı oynayacaqlar.
Eltac Səfərli (2649) liderlərdən yarım xal geri qalır və Polşanın qadınlar üzrə yığmasının lideri Monika Soçko ilə qarşılaşacaq.
Qeyd edək ki, Vasif keçən il turnirdə ikinci yeri tutmuşdu.
Turnir iyulun 18-də başa çatacaq.
Mənbə:> Oxu.Az