Bakıda Şahmat Olimpiadası başlayır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Şahmat

Bakıda Şahmat Olimpiadası başlayır

Bakıda Şahmat Olimpiadası başlayır


Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası start götürəcək. Milli Gimnastika Arenasında təşkil olunacaq tədbir saat 19:00-da başlayacaq.

Aznews.info AzerTac-a istinadən xəbər verir ki, Olimpiadada iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Ümumilikdə 181 kişi və 142 qadın komandası mübarizə aparacaq.

Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunacaq.

Qeyd edək ki, sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası çərçivəsində “Kristal Hall”da Rusiyanın Şahmat Muzeyi tərəfindən sərgi də təşkil olunacaq.

Sərgidə hind çaturanqa, İran satranc oyunları üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, Kral I Çarlz üçün fil sümüyündən hazırlanan orta əsrlərə aid şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar nümayiş etdiriləcək.

Mənbə: AzerTac
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *