FİDE rəhbəri Azərbaycan və Ermənistana şahmat oynamağı təklif etdi
FİDE prezidenti Kirsan İlyumjinov federasiyanın rəhbərliyi altında Ermənistan və Azərbaycan arasında şahmat üzrə internet-matç keçirməyi təklif edib.
AzNews.info Sputnikə istinadən xəbər verir ki, təşəbbüsün əsasında – şahmat qarşılıqlı anlayışa vasitəçilik edir ideyası durur.
“Mayın 24-də Azərbaycanda ölkə rəhbərliyi ilə görüşəcəm və belə bir təşəbbüs irəli sürəcəm “ölkə ölkəyə qarşı”, Ermənistan və Azərbaycan kollektiv şahmat oynaya bilsinlər, burada arzu edən hər kəs internet vasitəsilə gediş edə biləcək”, - İlyumjinov bildirib.
Şahmat münaqişə aparan tərəflər arasında sülhə vasitəçi ola biləcəyinə dair suala FİDE rəhbəri bildirib ki, “bütün məsələlər sülh yolu ilə həll edilməlidir, yalnız şahmat masası arxasında, şahmat lövhəsində mübarizə getməlidir”.
“Bu xalqlar arasında qarşılıqlı etibara vasitəçilik edəcək. Qədim yunanlar Olimpiya oyunları keçirdikdə, bütün müharibə və münaqişələr dayanırdı. Ümid edirəm, şahmat və idman sülh və bəşəriyyətin birliyinə xidmət etdiyi kimi bu dəfə də Ümumdünya Şahmat Olimpiadasında şahmatçılar bütün dünyada ildə 100-dən çox silahlı münaqişə olduğu halda, sülh və dostluq içində yaşamağın lazım olduğuna dair nümunə olacaqlar”, - o deyib.
42-ci Ümumdünya Şahmat Olimpiadası bu il sentyabrın 1-dən 14-nə kimi Bakıda keçiriləcək.
Mənbə:> Sputnik.az