Şahmat üzrə Dünya çempionatının beşinci günü » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Şahmat, Foto

Şahmat üzrə Dünya çempionatının beşinci günü – FOTO

Şahmat üzrə Dünya çempionatının beşinci günü

Xantı-Mansiyskdə 20 yaşa qədər qızlar və oğlanlar arasında keçirilən Şahmat üzrə Dünya çempionatı şahmatçılarımıza çoxlu sayda xal gətirib.

Oxu.Az xəbər verir ki, oğlanlar arasında turnirdə Ülvi Bacarani rusiyalı Daniil Yuffa ilə görüşüb.

Qədim Hindistan müdafiəsi üslubunda dörd piyada variantını seçən Ülvi debütdən sonra az da olsa dayanıqlı xal fərqi qazanıb.

40-cı gedişdən sonra o, rəqibin müdafiəsini qıra bilib, 56-cı gedişdə isə rusiyalı məğlubiyyəti qəbul edib.

Azərbaycan derbisi – Nicat Abbasov Misrəddin İsgəndərova qarşı oyunda inadlı mübarizə ilə müşayiət edilib, uğur Nicat tərəfdə olub.

Qızların lider qrupunda Günay Məmmədzadə Hindistan şahmatçısı Katrin Mişelə qarşı oynayıb.

Oyunun ortasında təşəbbüsü əldən verən Günay piyadasını itirib, yalnız inadkar mübarizə nəticəsində oyunu heç-heçə ilə başa vurub.

Qalan qızlarımız qələbəni qeyd ediblər, Səbinə İbrahimova italiyalı Daniela Movleananı, Ülviyyə Fətəliyeva serbiyalı Covanna Miloşeviçi, Aytən Əmrayeva isə monqol Norovsambuu Badaxmanndı məğlub edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *