İlümjinov erməni şahmatçılarını yenidən Bakıda görməyi ümid edir » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Şahmat

İlümjinov erməni şahmatçılarını yenidən Bakıda görməyi ümid edir

İlümjinov erməni şahmatçılarını yenidən Bakıda görməyi ümid edir


Bakıda keçiriləcək Dünya kubokunda erməni şahmatçılarının iştirakı Ermənistan yığmasının 2016-cı ildə Azərbaycan paytaxtında keçiriləcək Ümumdünya Olimpiadasında iştirakına ümid doğurur.

Oxu.Az xəbər verir ki, bu barədə “R-Sport” agentliyinə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov bildirib.

Dünya kuboku Bakıda sentyabrın 11-dən, oktyabrın 5-nə kimi keçirilir.

“Düşünürəm ki, Ermənistan yığması gələn il Bakıda Ümumdünya Olimpiadasında iştirak edəcək və layiqincə çıxış edəcək”, - “R-Sport”a İlümjinov bildirib.

Ermənistan nümayəndələrindən başqa Azərbaycan paytaxtında ABŞ-dan olan şahmatçılar Varujan Akobyan və Samuel Sevan da oynayıb.

Ümumdünya Şahmat Olimpiadası Bakıda 2016-cı ilin 17-30 sentyabr tarixində keçiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *