Mahir Məmmədov: Ermənilərin gəlməsi böyük idman qələbəsidir
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, bu gün birinci partiyalarını keçirəcək erməni şahmatçılarının Bakıda Dünya kubokunda iştirakını şərh edib.
“Bu, böyük idman qələbəsidir. Biz erməni şahmatçılarının özlərini Bakıda rahat hiss etmələri üçün əlimizdən gələni edəcəyik. Bütün iştirakçılar, o cümlədən də ermənilər üçün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilib.
FİDE-nin və erməni tərəfinin arzusu ilə bu tədbirlər erməni şahmatçıları üçün xüsusi olaraq daha yüksək səviyyədə təşkil edilib. Ümid edirəm ki, hər şey yolunda olacaq. Axı, erməni idmançılarının iştirak etdikləri Avropa Oyunlarında heç bir xoşagəlməz hadisə baş verməmişdi”- Oxu.Az Mahir Məmmədovun “Sport-Ekspress”ə verdiyi müsahibəsindəki sözlərindən sitat gətirir.
Mənbə:> Oxu.Az