Şahmat Olimpiadası-2016: Bütün yığmalarımız qələbə qazanıb » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Şahmat

Şahmat Olimpiadası-2016: Bütün yığmalarımız qələbə qazanıb

Şahmat Olimpiadası-2016: Bütün yığmalarımız qələbə qazanıb


AzNews.info-nun Apasport.az-a istinadən məlumatına görə, Bakıda keçirilən yarışda 180 kişi, 141 qadın komandası bir-birini sınağa çəkir.

Azərbaycan Olimpiadada ilk dəfə 6 yığma ilə mübarizə aparır. Həm kişilərin, həm də qadınların yarışında 3 komandamız zəkasını yoxlayır.

Kişilərdən ibarət əsas komandamız I turda Zimbabve ilə qarşılaşıb. Gözlənildiyi kimi görüş milimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan-2 isə Mozambiklə matçda 3 qələbə və bir heç-heçə ilə 3.5:0,5 hesablı qalibiyyətə sevinib. Üçüncü yığmamız - Azərbaycan-3 Papua Yeni Qvineyaya şans verməyib - 4:0.

Qadınlardan ibarət əsas komandamızın rəqibi isə Nikaraqua şahmatçıları olub. Digər yığmalarımız müvafiq olaraq, Yaponiya və Lesoto ilə qarşılaşıblar. Xanım zəka sahiblərimiz də kişi həmkarları kimi heç bir rəqiblərinə şans verməyiblər. Hər üç yığmamız 4:0 hesablı qələbəyə sevinib.

Mənbə: Apasport
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *