Güləşçilərimiz Avropa Millətlər Kubokunun finalına yüksəliblər » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Güləşçilərimiz Avropa Millətlər Kubokunun finalına yüksəliblər

Güləşçilərimiz Avropa Millətlər Kubokunun finalına yüksəliblər


Moskvada güləş üzrə Avropa millətlər kuboku turniri davam edir. Turnirdə güləşin hər üç növü üzrə Azərbaycan yığma komandalar mübarizə aparır.

Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumatda bildirilir ki, yarışların ikinci günündə sərbəst və yunan-Roma güləşi üzrə qrup görüşləri keçirilib. Sərbəst güləşçilərimiz Belarus və Polşa, yunan-Roma güləşçilərimiz isə Türkiyə və Belarus komandaları ilə “B” qrupunda gücünü sınayıb.

Yunan-Roma güləşçilərimiz əvvəlcə belaruslu rəqiblərini, ardınca Türkiyə yığmasını 5:3 hesabı ilə məğlub edib və qrup lideri kimi finala yüksəlib. Finalda güləşçilərimizin rəqibi digər qrupun birincisi Rusiya komandası olacaq.

Sərbəst güləşçilərimiz də əvvəlcə Belarus komandası ilə qarşılaşıb. Görüş yığmamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Bu mübarizədə 125 kiloqram çəki dərəcəsində yarışan güləşçilər arasında mübahisə yarandığından görüşün nəticəsi ləğv edilib və hər iki güləşçi diskvalifikasiya edilib. Ardınca Polşa idmançıları ilə qarşılaşan yığmamız 5:3 hesablı qələbə qazanaraq finala yüksəlib. Komandamız həlledici görüşdə Rusiya yığması ilə qarşılaşacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *