Güləşçilərimiz üçün 1 qızıl və 1 bürünc şansı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Güləşçilərimiz üçün 1 qızıl və 1 bürünc şansı

Güləşçilərimiz üçün 1 qızıl və 1 bürünc şansı


Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

46 kq çəkidə mübarizə aparan Zaur Nuriyev əvvəlcə Belarus, ardınca Ermənistan təmsilçisinə qalib gəlib. Yarımfinalda Türkiyə güləşçisinə uduzan Zaur bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Latviya idmançısı olacaq.

100 kq çəki dərəcəsində yığmamızın üzvü Camal Feyziyev Xorvatiya, Bosniya və Hersoqovina və Rumıniya güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda güləşçimizi Rusiya təmsilçisi ilə gərgin və maraqlı görüş gözləyir.

Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *