Güləşçilərimiz Millətlər Kuboku uğrunda yarışacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Güləşçilərimiz Millətlər Kuboku uğrunda yarışacaq

Güləşçilərimiz Millətlər Kuboku uğrunda yarışacaq


6-8 noyabrda Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku keçiriləcək.

Oxu.Az xəbər verir ki, komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Polşa, Almaniya yığmaları iştirak edəcək. Artıq qonşu ölkəyə yollanacaq güləşçilərin siyahısı müəyyənləşib. Ümumilikdə yarışlarda yığmamızın idman şərəfini 25 güləşçi qoruyacaq.

İlk olaraq mübarizə qadın güləşçilər arasında baş tutacaq. Bu yarışda yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Marziget Baqomedova (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Gözəl Zutova (69 kq) yer alıb. Qadın güləşçilərin yarışında noyabrın 6-da qrup görüşləri, 7-də isə final görüşləri olacaq. Yığmamız Rusiya, Ukrayna, Belarus, Polşa və Türkiyə komandaları ilə yarışacaq.

Sərbəst güləş yığmamız Moskvada məşqçilər David Kurtsiya və Arif Abdullayevin rəhbərliyi altında çıxış edəcək. Yığmanın heyətində Mahir Əmiraslanov, Ruslan Qasımov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Aslanbek Alborov (97 kq) və Ali Maqomedabirov (125 kq) yer alıb.

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi yığmasının heyətinə 9 güləşçinin adı daxil edilib. Yunan-Roma güləşi yarışlarında ölkəmizi Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Şəhriyar Məmmədov (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) təmsil edəcək.

Sərbəst və yunan-Roma güləşi üzrə yarışlarda noyabrın 7-də qrup görüşləri, 8-də isə final görüşləri keçiriləcək. Sərbəst güləşçilərimiz Rusiya, Türkiyə, Gürcüstan, Belarus və Polşa komandaları ilə, yunan-Roma güləşçilərimiz isə Rusiya, Ukrayna, Almaniya, Belarus və Türkiyə yığmaları ilə mübarizə aparacaq.

Yarışlar Lujniki Olimpiya Kompleksində, “Drujba” Universal İdman Zalında keçiriləcək. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev iştirak edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 3 avqust 2017 13:44
  • Yazan: g
Longchamp’s Artistic Director, and granddaughter of cheap ray ban the House’s founder, Sophie Delafontaine explains, “We are delighted to introduce Longchamp to Mumbai! This strategic and attractive boutique that cheap polo ralph lauren showcases our brand and our craftsmanship will allow us to welcome our Indian customers Cheap Longchamp and tourists from all over the world and to share with them the French Art of Life, the creativity and the quality of replica handbags our collections. Mumbai is one of India’s most cheap toms shoes vibrant cities.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *