Eddi İsrafilov yenə oynamadı
İspaniya La Liqasında XXI turun növbəti oyunları keçirilir.
AzNews.info-nun apasport.az-a istinadən verdiyi məlumata görə, millimizin heyətində çıxış etməyə razılıq verən Eddi İsrafilovun komandası “Qranada” doğma azarkeşləri önündə “Elçe”ni sınağa çəkib.
Matçda ev sahibləri minimal hesablı qələbəyə sevinib - 1:0.
Bu matçda İsrafilov yenə meydana çıxmayıb. Anası azərbaycanlı, atası anqolalı olan 22 yaşlı yarımmüdafiəçinin adı son bir neçə turda olduğu kimi görüşün protokoluna salınmayıb.
Beləliklə, aktivinə 3 xal yazdıran (19 xal) “Qranada” sonuncu yerdən qurtulub, 4 pillə irəliləyərək, 16-cı sıraya yüksəlib.
Mənbə:> Apasport.az