“Avro-2016”: Fransa çətin qələbə qazandı – VİDEO
Fransa yığması Avropa çempionatının açılış matçında Rumıniya millisi üzərində qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, görüş 2:1 hesabı ilə yekunlaşıb.
Avro-2016-da ilk qolun müəllifi Fransa və “Arsenal”ın hücumçusu Olivye Jiru olub. O 58-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb.
Rumıniyalılar 65-ci dəqidədə oyunda tarazlığı bərpa ediblər. Nikolaye Stançu 11 metrlik zərbəni dəqiq yerinə yetirib.
Fransanın qələbə qolunu 89-cu dəqiqədə Dmitri Payet vurub. “Vest Hem”in yarımmüdafiəçisi cərimə meydançasından kənardan güclü zərbə ilə uzaq “doqquzluğu” dəqiq nişan alıb.
Mənbə:> Oxu.Az