2016-cı il Mövsümünə Baxış – Yeni Qaydalar, Komandalar, Pilotlar və Yarışlar
Bu il Ferrari komandası Mercedesə qalib gələ və 2016-cı il FİA Formula Bir Dünya Çempionatını sadəcə iki komandanın yarış meydanına çevirə biləcəkmi? İtaliya komandası qış ərzində oyunlara yarışın lideri olan və 2014-cü ildə yeni turbo-hibrid müərrik qaydaları təqdim olunduqdan sonra 38 yarışın 32-də qalib gəlmiş Gümüş Ox (Mercedes) komandasına çətinlik yaşadacaq qədər yaxşı hazırlaşıbmı?
Formula 1 yarışı ilə bağlı suallar artsa da, ən çox soruşulan sual budur və zərb-məsələ çevrilmiş 64 milyonluq sualdan da çox əhəmiyyət daşıyır. Əksər şərhçilərin düşündüyü kimi, cavab müsbət olarsa, biz iki komanda arasında yuxarı orta sahə ilə yanaşı birincilik uğrunda ənənəvi qızğın rəqabətin yaşanacağı möhtəşəm bir mövsümün şahidi olacağıq.
Yarışın əsas liderlərinin imkanlarını qiymətləndirməzdən əvvəl, 2015-ci idən bəri hansı dəyişikliklərin olduğuna nəzər salaq. Əslində çox az dəyişiklik olub, bu isə rəqabətin daha maraqlı olacağını deməyə əsas verir. Komandaların əksəriyyəti və dörd mühərrik istehsalçısından ən azı ikisi son iki mövsümdən sonra öz vəzifələrinə daha ciddi yanaşıblar və gəlirlərin azaldılmasına yönəlmiş qanunlar onların məsuliyyətini daha da artırıb.
Texniki və idman qaydalarına nəzər salsaq, görərik ki, pilotların şassilərdə məruz qaldığı ölümcül təsirləri azaltmaq üçün sürücülərin təhlükəsizliyi məsələsi önə çəkilib. Bundan əlavə, builki yarışlar daha güclü və səs-küylü mühərriklərdən istifadə olunması, hər bir yarışda pilotlar üçün ayrı seçim imkanının verilməsi, avtomobil-pit rabitəsinə məhdudiyyətlərin qoyulması və təsnifat mərhələsinin təkmilləşdirilməsi kimi yeniliklərlə zəngindir.
Güc aqreqatına edilmiş dəyişikliklər
Mühərrikin inkişaf etdirilməsinə qoyulan bəzi məhdudiyyətlər aradan qaldırılıb ki, bu da öz növbəsində müəyyən çətinliklər yaşayan Renault və Honda kimi güc aqreqatı təminatçılarına digərləri ilə rəqabət aparmağa imkan verəcək. Belə ki, modifikasiyaların edilməsinə qoyulan bəzi qadağalar aradan qaldırılıb. Daha da təkmilləşdirilmiş mühərriklərin gücü 1000 at gücünü ötəcək. Eyni zamanda, həm Renault, həm də Hondanın mühərrikin çıxış gücünü 70 at gücü artıraraq, eyni səviyyəyə çatdıracaqları gözlənilir.
Eyni zamanda avtomobilin qaz xaric etmə sistemi təkmilləşdirilib. İxracat sisteminin turbo-üfürümündəki ixracat qövsü çıxarılıb ki, bu da öz növbəsində onların daha səssiz olmasına səbəb olan maneəni aradan qaldıraraq avtomobillərin həddindən artıq səssiz olduqlarını iddia edənləri qane edəcək gurultulu mühərriki təqdim edəcək. Bu dəyişiklik termal səmərəliliyə və enerjiyə qənaətə təsirsiz ötüşəcək.
Beşinci şin seçimi
AzNews.info Formula1.com-a istinadən xəbər verir ki, 2016-cı ildəki yarışlardakı gözlənilməz cəhətlərdən biri Pirellinin quru hava şinlərinin sırasına beşinci şin növünün əlavə edilməsidir. Bənövşəyi ultrayumşaq tərkibli şin narıncı rəngli sərt, orta yumşaqlığa malik ağ, yumşaq sarı və ultrayumşaq qırmızı şin dəsti ilə birləşəcək. Pirelli hər bir yarışa üç növ şin gətirəcək ki, bu da hər bir pilotda 13 dəstin olmasına imkan verəcək. Hər bir yarış üçün iki növ şin Pirelli tərəfindən təyin olunacaq, üçüncü dəst isə 3-cü təsnifat mərhələsi üçün nəzərdə tutulacaq. Əlavə olaraq, hər bir pilot öz şin seçimini edə biləcək.
Məsələn, Luis Hamilton Melburnda orta sərtliyə malik bir, yumşaq altı və ultrayumşaq altı şin dəstinə üstünlük verdiyi halda, Mercedes komandasında yarışan komanda yoldaşı Niko Rozberq iki dəst orta sərtliyə malik, beş dəst yumşaq və altı dəst ultrayumşaq dəst seçmişdi. Ferrarinin pilotları da, eyni cür – iki, beş və altılıq seçim etsələr də, Williams heyəti bir dəst orta sərtliyə malik, 5 dəst yumşaq və yeddi dəst superyumşaq dəstlə yarışmışdı.
Bu dəyişikliklərin əsas ideyası ondan ibarətdir ki, Pirellinin yarış üçün təqdim etdiyi şin seçimlərinin məhdudiyyətini nəzər alaraq, pilotlar öz sürücülük üslublarına, avtomobilin və trekin xüsusiyyətlərinə uyğun strateji seçim etmək şansına malik olsun.
Pirelli şinlərin baza quruluşuna bəzi dəyişikliklər etmişdir. Belə ki, şinlər əvvəlki kimi müəyyən dərəcədən artıq təzyiqə məruz qaldıqda dəyişikliyə uğrayacaq, lakin bu zaman həddindən artıq qızmağa daha az meyl edəcək. Bu isə pilotlara şinlərin həddindən artıq təzyiqə məruz qalaraq sıradan çıxmasından narahatlıq keçirməyərək öz fərdi nəticələrinə maksimum dərəcədə çatmalarına imkan verəcək. Bu dəyişiklik yarışa əlavə rəng qatacaq.
Radio rabitəyə qoyulan məhdudiyyətlər
Keçən il avtomobillərin idarə edilməsi zamanı mühəndislərin müdaxiləsinin azaldılmasına və pilotların yarış zamanı daha çox öz güclərinə arxalanmasına hesablanmış radio rabitəyə qoyulan məhdudiyyətlər bu mövsümdə daha da artırılıb.
Əvvəllər komandalar radio-transmissiyanı qəbul edirdilər və bəzi məsul şəxslər bunun azarkeşlərə pilotları daha da yaxından hiss etmək imkanı verdiyini düşünürdülər. Lakin irəli sürülmüş yeni dəyişiklik pilotların daha sərbəst olmasını və bəzi qərarların mühəndislərin deyil, məhz pilotların qəbul etməsini nəzərdə tutur.
Yarış zamanı komandalar radiodan istifadə etməklə pilotla əlaqə saxlayaraq, trekdəki təhlükələr – hava şəraiti, yağ sızıntısı və qalıqlar, avtomobildəki təhlükəli problemlər – əmələ gəlmiş dəlik, həddindən artıq qızmaya məruz qalmış mühərrik və s. barədə məlumat verə biləcək. Əlavə olaraq, rəqib komandaların məruz qaldıqları vəziyyət, pitə keçid və ya kənarlaşma barədə təlimat, döngələrdə marşal bayraqlarının dalğalanması, yarışın saxlanılması və yarışa nəzarət mərkəzindən alınan digər məsələlər barədə xəbərdarlıq edə biləcək.
Lakin artıq yarışın başlanmasına bir dəqiqə qalması barədə siqnalın ötürülməsi, pit xəttinə çıxış, sıra düzülüşünün arxasına keçid, avtomobilin tarazlığı, radio əlaqənin söndürülməsi və işə salınması kimi bəzi məlumatların ötürülməsi mümkün olmayacaq.
Sıra düzülüşü zamanı kəşf xarakterli dövrələr zamanı onlar növbəti dövrələrdə nə etməli olduqları, pitlərdən çıxaraq məşq etmələri, tarazlıq, sıra düzülüşünə dönmə, radio əlaqənin yoxlanılması, pit yolundan geri dönmə, pit yolunda qarşıdan gələn pilot barədə müzakirə apara bilərlər.
Bu arada əsas məqsəd nəticələrin əvvəlcədən təyin edilməsinin qarşısını almaq və insanların yanlışlığa yol vermə imkanının olmasını nümayiş etdirməkdir. Beləliklə, hər bir sürücü mühəndislərin təyin etdikləri optimallaşdırma alqoritminə daha az güvənərək, öz yarış strategiyasını qura, müxtəlif mühərrik rejimlərindən istafadə edə, şin seçimini həyata keçirə və pit stop vaxtını müəyyənləşdirə biləcək.
Məsələn, iki komanda üzvü yarış zamanı mühərrikin müxtəlif rejimlərindən istifadə etmək barədə şəxsi qərarlarını həyata keçirəcəklər. Bu, 2014 və 2015-ci il mövsümlərində Mercedes ikilisinin şikayət etdiyi kimi, pilotlara komandalarının diktə etdikləri qərarların icra etməsinə deyil, öz qənaətləri əsasında strateji qərarlar verməsinə və mübarizə zamanı yarışın nəticəsinə təsir göstərəcək səhvlərin buraxılmasına şərait yaradacaq.
Təsnifat mərhələsinə edilən dəyişiklik
Melburnda təsnifat mərhələsinə edilən yeni dəyişikliyə əsasən, yarışın liderləri hansısa hadisəyə məruz qaldıqları zaman sıra düzülüşünün önündən yarışa başlamasınından məhrum olacaq.
Bu necə həyata keçiriləcək:
Üçmərhələli kənarlaşdırma sistemi yerində qalacaq, lakin təyin edimiş vaxt çərçivəsində müəyyən sayda pilotu yarışdan kənarlaşdırmaq əvəzinə, seçimlər hər bir sessiya zamanı vaxt əsasında həyata keçiriləcək. 1-ci təsnifat mərhələsi 16 dəqiqə davam edəcək. İlk yeddi dəqiqədən sonra ən geridə qalan avtomobil kənarlaşdırılacaq və sonda 15 avtomobil qalanadək hər 90 saniyədən bir bu proses davam edəcək. 15 dəqiqə davam edəcək yarışda altıncı dəqiqədən başlayaraq hər 90 saniyədən bir daha bir pilot mübarizəni dayandırmalı olacaq və bu proses sonda 8 avtomobil qalanadək davam edəcək.
Növbəti fasilədən sonra səkkiz avtomobil yarışacaq və 5 dəqiqədən sonra 90 saniyədən bir daha altısı yarışı tərk edəcək, qalan iki iştirakçı pol pozisiyası uğrunda bir-birilə yarışacaq.
Bu həftə həmin xəbəri şərh edən dünya çempionu Luis Hamilton yenilikəri Alberta Parkda sınaqdan keçirənədək hər kəsi mühakimə etmək fikrindən çəkindirib: “Mən Melburndakı yarışda bu yeniliyi sınaqdan keçirməyi gözləyirəm, bəlkə də bu hamımızı təəccübləndirəcək. Bəlkə də, bu yenilik çox həyəcanlı olacaq, bəlkə də belə olmayacaq. Bunu görəcəyik”.
Ən uzun mövsüm
2016-cı ildə Formula Bir yarışının coğrafiyası bir qədər də genişlənəcək. İyul ayında Almaniyadakı Hokenhaym yarışı yenidən mövsümə qayıdacaq və əlavə olaraq, Bakıda keçiriləcək Avropa mərhələsi builki yarışların sayını rekord həddə çatdıracaq.
Bakı Şəhər Halqasında ilk dəfə keçiriləcək yarış Kanada mərhələsindən sonra 17-19 iyun tarixlərində baş tutacaq və Azərbaycanda keçiriləcək ilk Formula 1 yarışı kimi tarixə həkk olunacaq.
Üç yeni iştirakçı və bir tanış sima
Əvvəllər McLaren komandasında iştirak edən Kevin Maqnussen Renault (keçmiş Lotus) heyətində Pastor Maldonadonu əvəz edəcək, bununla yanaşı, Paddok üç yeni iştirakçını salamlayacaq: keçmiş Formula 1 pilotu Conatan Palmerin oğlu Colion Palmer Renaultun heyətində, Almaniya DTM çempionu və Mercedes komandasının keçmiş protejesi Paskal Verlayn isə Manor komandasının heyətində yarışacaq. Onun komanda yoldaşı ən yüksək avtoidman yarışına ilk dəfə qatılacaq indoneziyalı pilot Rio Haryanto olacaq.
Sem dayı yarışa qoşulur
2009-cu ildən sonra ilk dəfə olaraq Renault komandası Formula 1 mövsümünə tam hüquqlu istehsalçı kimi qatılacaq. Lotus heyətindən nəzarəti geri alan Jene Haasın komandası Beatris Haasın başçılığı altında 1985—1986-ci illərdən sonra Formula 1 yarışında iştirak edəcək ikinci amerikalı heyət olacaq.
Beləliklə, qalib kim olacaq?
Bütün komandalar İspaniyada Barselona-Kataloniya halqasında 8 günlük sessiya öncəsi hazırlıq keçdilər, lakin bu yoxlanış onları sözün əsl mənasında dolaşıq vəziyyətə salır. Komandaların hazırlığının təfərrüatlarını, məsələn, güclü dövrə zamanı avtomobilin yanacağının çəkisinin nə qədər olduğu, mühərrikin hansı xüsusiyyətlərindən istifadə edildiyi və s. məlumatlar müəyyən etmək mümkün deyil. Öz rəqibərini daha da dolaşığa salmaq üçün Mercedes orta sərtliyə malik şinlərdən istifadə edərək sınaqlarda az yarışdı.
Bununla belə, onlar xeyli sayda dövrəni başa vurmağı bacardılar. Bütün hallarda, F1 W07 Hybrid modelinin etibarlılığı öz sələflərininki kimi dəfələrlə sınaqdan keçmişdir, hətta ikinci sınaq zamanı Hamilton ötürmə xətası etməyə imkan tapa bildi.
Ötən mövsümdə çempion komanda 12 günlük sınaq yürüşü zamanı 1340 dövrəni başa vurdu. Bu il ilə təxminən o qədər dövrəni (1294) o müddətin üçdə ikisi ərzində yekunlaşdırdı. Həqiqətən də, nəticələr o qədər yüksək idi ki, komanda Hamiltonla Rozberq üçün növbəli sınaq yürüşünü həyata keçirməli oldu. 6024 km məsafə qət edən Mercedes heyəti sanki ümumilikdə19 Qran Prini başa vurmuş oldu. Rozberqin 656 dövrəlik nəticəsi bütün sürücülərin nəticələrindən çox-çox üstün idi.
Buna baxmayaraq, Mercedes ən sürətli komanda ola bilmədi. Bu şərəfə ultrayumşaq Pirelli şinlərindən istifadə edərək dövrəni 1 dəqiqə 22,765 saniyəyə qət edən Ferrari heyətindən Kimi Raykkonen yiyələndi. Yumşaq şinləri sınaqdan keçirən Rozberq 1 dəqiqə 23 saniyə ilə ikinci oldu. Rozberq bu nəticəni ikinci sınaq yürüşünün ilk günündə əldə etə də, Raykonen öz avtomobilinin şinlərini təkmilləşdirərək üçüncü testdə bu nəticəyə yiyələndi.
Ferrari
Ferrari güc aqreqatina bir çox dəyişiklik etməklə 2014-cü ildəki versiyasını təkmilləşdirdi. Belə ki, məşhur itələyici dizayndakı asqı və aerodinamikaya edilən dəyişikiyə əsasən, 2015-ci ildə Raykkonenin hərəkətinə mane olan dönməyə meylliliyi azaltmağa çalışdı. SF16-H avtomobili trekdə demək olar ki, F1 W07 Hybrid modeli kimi yaxşı görünür və pilotun göstərişlərinə əməl edir.
Sınaq yürüşündə həmçinin Ferrarinin də ötürücü sistemindəkı çatışmazlıqlar və digər problemləri ortaya çıxdı, lakin Raykkonen və Sebastian Fettel 4148 km məsafə qət edərək davamlı olaraq cədvəldəki yuxarı yerə iddia edirdi.
Əksər müşahidəçilər düşünür ki, Mercedes öz gücünü axıra saxlamaqla düzgün iş gördü. Rozberq heç vaxt superyumşaq və ya ultrayumşaq şinlərdən istifadə etmədi, Hamilton isə orta sərtlikli şinlərə demək olar ki, müraciət etmədi. Lakin bu il Ferrarinin keçən mövsümdəkindən daha sürətli olacağı və Mercedesin meydanını daraldacağı hiss olunur. Bizə bu fərqin nə qədər olacağını izləmək qalır.
Rozberq etiraf etdi: “Ferrari çox sürətli idi. Hər bir komandanın öz strategiyası var, digər komandaların hansı yanacaqdan istifadə edəcəyi barədə müəyyən fikirlərimiz var, onlar da bizim yanacağımız barədə müəyyən təsəvvürə malikdirlər. Deyə bilərəm ki, hansı cəhətlərə görə Ferrari ilə müqayisə oluna bilərik. Ona görə bizim nəticlərin yaxın olduğunu düşünürəm. Amma hansı komandanın daha öndə yaxud geridə olduğundan əmin deyiləm”.
Orta sərtlikli şinlərdən istifadə etməklə Barselona-Kataloniyadakı sınaq yürüşlərində simulyasiya bizə onu deməyə imkan verir ki, eyni tipli yarışlarda Hamilton Rozberq və Fetteldən daha üstündür. Demək olar ki, bu, Mercedes komandasının öz gücünü göstərə bildiyi yeganə imkan oldu.
Bəzi hallarda Williams heyəti sürətli idi, lakin komanda dövrələri sürətlə başa vurmaqdan daha çox avtomobilin sazlanmasına diqqət yetirirdi. Yumşaq təkərlərdən istifadə edən Felipe Massa dövrəni 1 dəqiqə 23,2 saniyəyə başa vurdu. 3985 km qət edən Braziliyalı pilot və komanda yoldaşı Valteri Bottas Ferrari ilə rəqabət apararkən və rəqibləri tərəfindən izlənərkən builki əhəmiyyətli sınaqlarda əldə etdikləri nəticələrdən müəyyən dərəcədə razı görünürdülər. Maraqlıdır ki, onların fikrincə “gümüş” komandadansa “qırmızılar”a çatmaq onlar üçün daha əlçatan olacaq.
Podium ziyafətinə dəvət edilməmiş qonaq kimdir?
Toro Rosso sınaq zamanı müəyyən problem yaşadı. Bu problemlərin bir çoxu 2015-ci il Ferrari mühərrikini istfadə etmək üçün avtomobilə ediləcək dəyişikliklərlə bağlı verilən qərarın gecikməsi ilə bağlı idi. Buna baxmayaraq, komanda 4883 km məsafə qət edərək ikinci nəticəni əldə etməyi, Karlos Saynz isə yumşaq şinlərdən istifadə edərək 1 dəqiqə 23,9 saniyə ilə sıralamada dördüncü olmağı bacardı. Kristian Hornerin fikrincə, onun Red Bull Racing ilə qardaş Toro Rosso komandası irəli çıxmağı bacaracaq. Əvvəlki mövsümdə təcrübə qazanan gənc ispaniyalı pilot və onun komanda yoldaşı Maks Ferstapen Ceyms Keyin STR11 avtomobilində yuxarı orta sahədə ilk yerlər uğrunda mübarizə aparacaq.
Bu yarışda Force İndia komandasını qeyd etmək olar. VJM08B və VJM09 avtomoilləri ilə yarışa qatılan komanda 2015-ci ilin ikinci yarısında öz gücünü nümayiş etdirdi. Niko Hulkenberq yumşaq şinlərdən istifadə edərək 1 dəqiqə 24,2 saniyə ilə beşinci olmağı bacardı; Hulkenberq, Serxio Perez və ethtiyat sürücü Alfonso Celis sınaq yürüşündə ümumilikdə 3626 km məsafə qət etdilər.
TAG Heuer sponsorluğu ilə yarışan Renault V6 versiyalı avtomobillə Red Bull komandasını bu il daha bir çətin sınaq gözləyir. Sınaq yürüşü zamanı 3803 km məsafə qət edən komandada Daniel Rikkardonun 1 dəqiqə 23,5 saniyəlik nəticəsi və RB12 avtomobili ən azı Mercedes qədər yarışa hazır vəziyyətdə görünürdü. Mövsümdə iştitakçıların nəticələrinə nəzər salsaq, Daniil Kvyat rəqib kimi kifayət qədər təhükəli ola bilər. Lakin buna baxmayaraq Renault mühərrikin gücü baxımından Mercedes və Ferraridən geri qalır, bu isə öz növbəsində komandanın işini daha da çətinləşdirir.
Orta sahədə kim fərqlənəcək?
Sauber komandası 2016-cı il mövsümünə eyni pilotlara - Felipe Nasr and Markus Erikson və C34 modelinin çatışmazlıqlarını aradan qaldıran təkilləşdirilmiş C35 modeli ilə davam edəcək. Komandadakı bu sabitiyə baxmayaraq, kiçik İsveç komandasını qarşıda McLaren və Renault kimi nəhənglərlə yanaşı, yaxşı maliyyə dəstəyi olan Haas komandası ilə çətin mübarizə gözləyir.
McLaren komandası 3305 km məsafə qət edərək Honda mühərrikində Enerjinin Bərpası Sisteminin daha mükəmməl olduğunu, lakin mühərrikinin gücünün Mercedesdəki kimi yüksək at gücünə çata bilmədiyini sübut etdi. Bu cəhətdən, komanda yəqin ki, Renault ilə eyni səviyyədə olacaq. Keçən ilki eyri-sabit nəticələri yada salsaq, avtomobilin etibarlılığı sual altındadır. Maraqlısı budur ki, yeni MP4-31 modeli MP4-30 qədər təmtəraqlı görünmür, lakin ədalət xətrinə demək lazımdır ki, sınaqda avtomobil tam 2016-cı il aerodinamika xüsusiyyətlərini özündə əks etdirə və at gücündəki zəifliyi aradan qaldıra bilməmişdi. Amma aydın olan odur ki, ön sıralara yaxınlaşmaq üçün Fernando Alonso və Censon Batnın komandası bir xeyli zəhmət çəkməli olacaq.
Renaultun bu il mühərrik istehsalçısı kimi yarışa dönməsi Formula 1 yarışının ən əhəmiyyətli xəbəridir və yarış avtomobilinin hazırlanması üçün bu şirkətin rolu əvəzsizdir. Mühərrikin 2015-ci ildəkindən daha üstün olmasına baxmayaraq, Fransiz avtomobil nəhənginin təqdim etdiyi dəyişikliklərin özünü doğrultması müəyyən qədər vaxt aparacaq. Yarışda ilk sıralara yüksəlmək uğrunda rəqabət çətin olacaq, lakin Kevin Maqnussen və Colion Palmerin fərdi nəticələri uğur qazanmağa imkan verə bilər.
Haas heyətinin Formula 1 kampaniyası ön yan tərəfdəki problemə baxmayaraq, Barselonadakı sınaqda uğurla başladı, reallıqda ortaya çıxan digər problemlər nəticəsində Esteban Qutierez ən az kilometraja malik sürücü oldu. Bununla belə, amerikalı pilotun sıralamada ortaya doğru yüksəlməsi üçün kifayət qədər potensiala malik olduğu hiss olunur, o cümlədən komanda yoldaşı Roman Qrosjean gözlənilməz performansı ilə hər kəsi təəccübləndirə bilər.
Son olaraq qeyd edək ki, Manor komandasının heyətində direktor Deyv Ryanın 2009-cu ildən sonra ilk dəfə Formula 1-də aktiv fəaliyyətə başlaması rəhbərlik və pilotların sırasını yeniləmişdir. Paskal Verlayn və Rio Haryanto “Böyük Liada” debüt edəcəklər. Mercedes mühərriki vacib addım olsa da, onlar Ferrarinin imtina etdiyi uzunsov burunlu MRT05 modelinin daha səmərəli yarışmasına çalışmalıdırlar.
Nəticəsi bəlli olmayan yarış...
Görəsən, yeni şin qaydaları, təsnifat yarışlarının “minalanmış” mərhələsi və pilotların yarışlarda daha çox özlərinə arxalanaraq qəbul etdikləri strateji qərarlar yarışın nəticəsinə necə təsir edəcək?
Təsnifat yarışı “bəxtsizlik”, “uğursuz zaman” kimi sürprizlər ortaya çıxarsa da, pilotlar daha düşünülmüş və soyuqqanlı davranmalıdılar. İlk səkkiz yarışda onlar şin seçimlərini özləri edərək, Pirelliyə öz istehsal imkanlarını qiymətləndirməyə fürsət verəcək. Bəziləri bu seçimlərdən təəssüf hissi keçirsə də, artıq dəyişiklik edə bilməyəcək.
2016-cı il mövsümündə bir çox dəyişikliklər irəli sürülsə də, juri hələ də düşünməyə davam edir. Sadəcə bir məsələni əminliklə demək olar ki, Alberta Parkda bazar günü baş tutacaq yarışda nə baş verirsə versin, tam mənzərə və komandaların yerdəyişməsi bir neçə yarışdan sonra aydınlaşacaq. Onu da nəzərə almaq lazımdır ki, Barselonadakı sınaqdan fərqli olaraq, yarış zamanı komandalar bir çox yeniliklərlə mübarizəyə qatılacaqlar. Builki yarışlar çox maraqlı olacaq…
Mənbə:> Formula1.com