Azərbaycanda “Formula 1” qaydaları pozacaq
“Formula-1” yarışları tələb olunduğundan gec başlayacaq. Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) “Formula-1”in Bakıda keçiriləcək mərhələsində öz qaydalarını pozacaq.
Oxu.Az Racecontrol.me-yə istinadən xəbər verir ki, 2014-cü ildə fransalı pilot Jül Byankanın ölümü ilə nəticələnən qəzadan sonra FİA yeni tövsiyyələr verib.
Bu tövsiyyələrə müvafiq olaraq, yarış gün batmamışdan ən gec 4 saat əvvəl başlamalıdır.
Amma 2016-cı ildə dörd ölkədə: Avstraliyada (gün batana 3 saat 31 dəqiqə qalmış), Azərbaycanda (gün batana 3 saat 14 dəqiqə qalmış), ABŞ-da (gün batana 3 saat 31 dəqiqə qalmış) və Yaponiyada (gün batana 3 saat 27 dəqiqə qalmış) eyni anda bu qayda pozulacaq.
Bu heç kimin günahı deyil, belə ki, FİA yarışların başlanğıcını özü müəyyən edir. Xatırladaq ki, Bakı mərhələsi iyun ayının 19-da saat 18.00-da başlayır.
Yarışların belə gec başlaması isə Azərbaycanda keçirilən yarışların start vaxtının Le-Manda 24 saatlıq yarışın finişi ilə üst-üstə düşməməsi ilə əlaqədardır.
Mənbə:> Oxu.Az