“Lokomotiv” “Dinamo Kazan”a qalib gəldi
Yanvarın 27-də qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsinin sonuncu oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, turnirin “A” qrupunda yer alan Bakının “Lokomotiv” klubu Azərbaycan Voleybol Mərkəzində Rusiyanın “Dinamo” (Kazan) komandasını qəbul edib.
Yunanıstanlı Sotirios Delikostidisin və polşalı Aqnieska Miçliçin idarə etdikləri görüşdə “Lokomotiv” rəqibinə 3:0 (25:16: 25:21, 25: 23) hesabı ilə qalib gəlib. Hər iki komanda play-off mərhələsinə vəsiqə qazandığı üçün “Lokomotiv”-“Dinamo” görüşü formal xarakter daşıyıb.
Bu oyundan sonra qrupda 15 xalla “Dinamo” (Kazan) komandası birincidir. “Lokomotiv” 12 xalla ikinci, “Azərreyl” 3 xalla üçüncü pillədə qərarlaşıb. Üç xalı olan “Alyants Ştutqart” isə sonuncu yerdədir.
Mənbə:> Oxu.Az