“Telekom” Bakıda “Drezden”ə uduzdu
Azərbaycanın qadın voleybol klubu “Telekom” Çempionlar Liqasında növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Bakıda Almaniyanın “Drezden” klubunu qəbul edib və 2:3 hesabı ilə uduzub (21:25, 25:20, 21:25, 25:17, 7:15).
Bu məğlubiyyətdən sonra “Telekom” 2 xalla qrupda sonuncu 4-cü yerdədir. İlk pillədə 11 xalla “Fənərbaxça”, ikinci yerdə 7 xalla “Drezden”, 3-də isə 4 xalı olan Polşanın “İmpela” klubu qərarlaşıb.
Xatırladaq ki, hər qrupdan iki klub, və bütün qruplar üzrə ən yaxşı 3-cü yer nəticəsini göstərən komanda play-off mərhələsinə vəsiqə qazanır.
Mənbə:> Oxu.Az