“Azərreyl” “Ştutqart”a qalib gəldi
Azərbaycanın qadın voleybol klubu “Azərreyl” Çempionlar Liqasında ilk oyununu keçirib.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Bakıda Almaniyanın “Ştutqart” klubunu qəbul edib və 3:0 hesabı ilə qalib gəlib (25:18, 25:23, 25:18).
Bu qrupda mübarizə aparan digər iki komanda - Bakının “Lokomotiv” və Kazanın “Dinamo” klubları arasındakı oyun isə hal-hazırda davam edir.
Mənbə:> Oxu.Az