Azərbaycan mövsümə darmadağınla başladı
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan klubları üçün yeni avrokubok mövsümünə start verilib.
ANS PRESS-in məlumatına görə, ölkəmizi “Çelenc Cup”da təmsil edən "Azərreyl" ilk oyununu keçirib.
Azərbaycanın avrokuboklardakı 4 klubundan biri olan Bakı təmsilçisi "İnsbruk"la qarşılaşıb. Matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 3 setdə "Azərreyl" ümumilikdə rəqibindən 31 xal artıq toplayıb.
Qeyd edək ki, razılaşmaya əsasən hər 2 görüş Bakıda oynanılacaq. Komandalar cavab matçına sabah saat 15.30-da çıxacaqlar.
Çelenc Cup
II təsnifat mərhələsi
İlk oyun, 11 noyabr
İnsbruk (Avstriya) - Azərreyl (Azərbaycan) 0:3 (10:25; 16:25, 18:25)
Hakimlər: Boyan Bardiç (Xorvatiya), Kristian Vanaveski (Estoniya).
Bakı, Voleybol Mərkəzi.
Mənbə:> ANSPRESS