“Lokomotiv” Kazanda uduzdu
Rusiyanın Kazan şəhərində qadınlar arasında voleybol üzrə Çempionlar Liqasının oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, yerli “Dinamo” Bakının “Lokomotiv” klubunu qəbul edib və 3:1 hesabı ilə qalib gəlib (25:21, 23:25, 25:22, 25:22).
Xatırladaq ki, “A” qrupunun digər oyununda daha bir Azərbaycan təmsilçisi “Azərreyl” Bakıda Almaniyanın “Ştutqart” klubuna qalib gəldib - 3:0.
2-ci turda “Lokomotiv” “Azərreyl” ilə oynayacaq.
Mənbə:> Oxu.Az