“Lokomotiv” qalib gəldi və Azərbaycan çempionatının liderliyinə yüksəldi
Bu gün qadınların voleybol Superliqasında növbəti matç keçirilib.
Oxu.Az xəbər verir ki, “Lokomotiv” “Telekom” ilə qarşılaşıb və 3:0 hesabı ilə (25:11, 36:34, 25:15) qalib gəlib.
3 xal toplayan “Lokomotiv” 1-ci yerə yüksəlib. Düzdür, rəqib “Azəryol” və “Rabitə”nin hərəsi bir oyun az keçiriblər.
“Lokomotiv” növbəti matçını fevralın 14-də “Rabitə”yə qarşı keçirəcək.
Turnir cədvəli:
1. “Lokomotiv” - 23 xal (10 oyun)
2. “Azəryol” - 22 (9)
3. “Rabitə”- 21 (9)
4. “Telekom” - 3 (9)
5. “Azərreyl” - 3 (11)
Mənbə:> Oxu.Az