Qurbanov və Qriqorçuk dünyanın ən yaxşı futbol məşqçiləri arasında » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Qurbanov və Qriqorçuk dünyanın ən yaxşı futbol məşqçiləri arasında

Qurbanov və Qriqorçuk dünyanın ən yaxşı futbol məşqçiləri arasında


Dünyanın ən yaxşı baş məşqçiləri nin oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilə yanaşı, “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk da yer alıb.

“Qarabağ”ın tarixində ikinci dəfə qrup mərhələsinə vəsiqə qazanmasında mühüm rol oynayan Q.Qurbanov 1379 xalla 451-ci pillədə qərarlaşıb. O, bu göstəriciyə görə Henrik Larsson, Dik Advokat, Şota Arveladze, Ərtuğrul Sağlam, Tolunay Kafkaz, Covanni van Bronkxorts kimi tanınmış simaları qabaqlayır. Roman Qriqorçuk isə siyahıda 1126 xalla 534-cü pillədə qərarlaşıb.

Dünyanın ən yaxşı futbol məşqçiləri siyahısına ispaniyalı mütəxəssislər başçılıq edir. “Barselona”nın çalışdırıcısı Luis Enrike 18821 xalla birinci yerdədir.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *