"Qəbələ" ilk qələbə üçün... » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

"Qəbələ" ilk qələbə üçün...

"Qəbələ" ilk qələbə üçün...


Bu gün Avropa Liqasında qrup mərhələsinin 6-sı - son turunun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" də növbəti matçına çıxacaq.

"Qırmızı-qaralar" evdə "Krasnodar"ı qəbul edəcək. Roman Qriqorçukun yetirmələri üçün bu görüş formal xarakter daşısa da, onlar qalib gəlməklə, ən yaxşı halda qrup üçüncüsü ola bilərlər. Rusiya klubu üçün isə qələbə qrup mərhələsini zirvədə başa vurmaq mənasında, vacibdi.

Krasnodardakı oyunda rəqibinə 1:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri bu dəfə qələbə sevinci yaşamaq istəyir. Çünki indiyə kimi qrupda iki heç-heçə, üç məğlubiyyət alıb.

Avropa Liqası
Qrup mərhələsi, VI tur

10 dekabr

C qrupu

22:00. “Qəbələ” (Azərbaycan) – “Krasnodar” (Rusiya)
Baş hakim: İstvan Kovaç, Mikloş İstvan Naqi, Florin Marinesku, Pavel Kristian Balay, Marius Avram, Mihay Ovidiu Artene (hamısı Rumıniya)
Hakim-inspektor: Kay Natri (Finlandiya)
UEFA nümayəndəsi: Skot Struters (Şotlandiya)
Bakı. "Bakcell Arena"

Mənbə: Futbolinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *