"Qarabağ"ın Belçika sınağı
Bu gün Avropa Liqasında qrup mərhələsinin 6-sı - son turunun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ" da növbəti matçına çıxacaq.
Ağdam klubu səfərdə "Anderlext"lə üz-üzə gələcək. 1/16 final mərhələsinə çıxmaq şanslarını saxlayan "Qarabağ"ı Belçikada çətin sınaq gözləyir. Çünki rəqib də qarşısına növbəti mərhələyə çıxmaq tapşırığı qoyub. İstənilən halda təmsilçimizə ancaq qələbə lazımdı. Lakin bu 3 xal da "atlılar"ın növbəti mərhələyə adlamasına kifayət etməyə bilər. Ağdamlıların1/16 finala yüksəlməsi üçün artıq vəsiqəsi "cib"ində olan "Tottenhem" evdə "Monako"ya uduzmamalıdı. Sözügedən oyundakı heç-heçə belə təmsilçimiz üçün sərfəli nəticədi. Çünki Qurban Qurbanovun komandası 3 komanda arasında şəxsi oyunlarda ən yaxşı nəticəyə malikdi.
Avropa Liqası
Qrup mərhələsi, VI tur
10 dekabr
J qrupu
00:05. “Anderlext” (Belçika) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Slavko Vinçiç, Bojan Ul, Tomaş Klançnik, Roberto Ponis, Draqoslav Periç, Andraş Kovaçiç (hamısı Sloveniya)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Qabriel Veys (Slovakiya)
Brüssel. Konstant Vanden Stok stadionu
Mənbə:> Futbolinfo.az