““Qarabağ”a vuracağımız 1 qol bizi növbəti mərhələyə daşıyacaq” » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

““Qarabağ”a vuracağımız 1 qol bizi növbəti mərhələyə daşıyacaq”

““Qarabağ”a vuracağımız 1 qol bizi növbəti mərhələyə daşıyacaq”


Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ”la üz-üzə gələcək Belçikanın “Anderlext” klubunun futbolçusu Gillaume Jille yerli mətbuata açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, belçikalı müdafiəçi komandasının yorğun olmasından və sıx qrafikdən danışıb.

31 yaşlı təcrübəli futbolçu “Qarabağ”la matç haqqında fikirlərini bildirərkən, həmin oyunda 1 qol vuracaqları halda növbəti mərhələyə keçə biləcəklərini sözlərinə əlavə edib: “Bizim 3 gündən bir oynamağımız bütün matçlarda öz təsirini göstəririr. Həm çempionat, həm kubok, həm də Avropa Liqasında oynamaq çox çətindir. Bunun üçün güclü xarakter lazımdır. Bizi “Qarabağ”la çətin qarşılaşma gözləyir. Həmin oyun çox vacibdir. Fikrimcə, biz Azərbaycan klubu ilə matçda 1 qol vursaq, növbəti mərhələyə adlayacağıq”.

Qeyd edək ki, “Anderlext” – “Qarabağ” oyunu dekabrın 10-da Brüsseldəki “Konstant Vanden Stok” stadionunda baş tutacaq.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *