“Anderlext” futbolçuları “Qarabağ”a uduzduqlarına görə fanatlara pul ödədilər » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Anderlext” futbolçuları “Qarabağ”a uduzduqlarına görə fanatlara pul ödədilər

“Anderlext” futbolçuları “Qarabağ”a uduzduqlarına görə fanatlara pul ödədilər


“Anderlext”in fanatları klubunun futbolçularından Avropa Liqasının qrup mərhələsində Azərbaycanda “Qarabağ” klubuna məğlubiyyətə görə təzminat alıblar.

Oxu.Az Lenta-ya istinandən xəbər verir ki, Bakıda komandalarına dəstək verən 53 azərkeş pul təzminatı, oyunçuların imzaları ilə futbol formaları alıblar, həmçinin futbolçuların müşayiəti ilə klubun bazasına səyahət ediblər.

Xatırladaq ki, oktyabrın 1-də Bakıda keçirilən oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu qarşılaşmanın 36-cı dəqiqəsində Riçard Almeyda vurub.

3 oyundan sonra J qrupuna 5 xalla “Monako” başçılıq edir, “Anderlext” və “Tottenhem”in 4 xalı var, “Qarabağ” isə 3 xalla sonuncu pillədə qərarlaşıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *