“Qarabağ” “Tottenhem”ə uduzdu
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilib. Təmilçimiz “Qarabağ” bu mərhələdə Londonda “Tottenhem”in qonağı olub.
Oxu.Az xəbər verir ki, oyun 3:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə bitib.
Hesabı qarşılaşmanın 7-ci dəqiqəsində Riçard Almeyda açıb.
Lakin bu qoldan sonra hücumları artıran londonlular 20 dəqiqə sonra cavab qolunu, bundan bir dəqiqə sonra isə 2-ci qolu ağdamlıların qapısından keçirdi. Hər iki halda koreyalı hücumçu Son fərqləndi.
Oyunun sonlarında isə Erik Lamela matçda son nöqtəni qoyaraq nəticəni elan etdi.
Bu qrupun digər oyununda “Anderlext” “Monako” ilə 1:1 hesablı bərabərliyə qalıb.
Mənbə:> Oxu.Az